Millimiz İrana böyük hesabla uduzdu


İdman 08 İyl 2018 11:06:00 217 0

Millimiz İrana böyük hesabla uduzdu

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoxlama görüşündə qüvvəsini sınayıb. Rəqib İran yığması olub. Goal.az xəbər verir ki, “Dalğa Arena”da baş tutan qarşılaşma qonaqların asan qələbəsi ilə nəticələnib. İranın 5 qoluna yığmamız cəmi 1 topla cavab verə bilib. Komandamızın təsəlli qolunu penaltidən Musa Qurbanlı vurub – 1:5. Bu komandalar arasında növbəti oyun iyulun 10-da, saat 20:00-da, Bakı Olimpiya Stadionunun məşq meydançasında keçiriləcək.