Trampın tərəfdarlarını öldürəcəyi ilə hədələyən şəxs həbs edildi
Dünya 08 İyl 2018 10:41:00 263 0
ABŞ-ın Nyu-York ştatında polis prezident Donald Trampın tərəfdarlarını öldürəcəyi ilə hədələyən 75 yaşlı şəxsi həbs edib.
"Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Məlumata görə, Martin Astrof şəxsi evinin yanında, Neskonset şəhərində saxlanılıb. Təqaüdçü Trampın tərəfdarlarını təhdid edib, həmçinin respublikaçı Li Zeldini aşağılayıb.
Mənbə: milli.az