Neymar: "Heç vaxt Tanrıya şükr etməyi dayandırmayacam"


İdman 08 İyl 2018 10:49:00 250 0

Neymar: "Heç vaxt Tanrıya şükr etməyi dayandırmayacam"

Braziliya millisinin hücumçusu Neymar komandanın DÇ-2018-də mübarizəni dayandırmasına münasibət bildirib. Goal.az xəbər verir ki, ulduz futbolçu İnstagram hesabında bunları yazıb:

“Deyə bilərəm ki, bu,  karyeramda ən kədərli andır. Çox ağrılıdır. Çünki daha irəli gedə və yeni tarix yaza bilərdik. Ancaq bu dəfə olmadı. Yenidən futbol oynamaq istəmək üçün güc tapmaq çətindir. Əminən ki, Tanrı mənə bu vəziyyətdən çıxmaq üçün lazımi gücü verəcək. Buna görə də heç vaxt Tanrıya şükr etməyi dayandırmayacam. Hətta məğlubiyyətlərdən sonra belə. Bu komandanın bir parçası olduğum üçün xoşbəxtəm və hamı ilə fəxr edirəm. Xəyalımız gerçəkləşmədi, ancaq o, ürəyimizdə və ağlımızda qaldı”.