Suriyada yarım ildə 2257 dinc sakin həlak olub


Dünya 08 İyl 2018 10:23:00 241 0

Suriyada yarım ildə 2257 dinc sakin həlak olub

2018-ci ilin yanvar-iyun aylarında Suriyada 2257 dinc sakin həlak olub.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Suriyanın Hüquq Müdafiə Təşkilatı "SNHR"-in məruzəsində bildirilir.

Qeyd edilir ki, öldürülənlərdən 479 nəfəri qadın, 660 nəfəri uşaqdır. Bu müddət ərzində Bəşşar Əsədə məxsus qüvvələr, PKK-nın Suriya qolu YPG terror təşkilatı və İŞİD Suriyada 186 kütləvi qətl hadisəsi törədiblər.