Tibbi helikopter avtomobil yolunda qəzaya uğradı,


Dünya 08 İyl 2018 10:29:00 215 0

Tibbi helikopter avtomobil yolunda qəzaya uğradı,

Ötən gün axşam Çikaqo şəhərində tibbi helikopterin qəzaya uğraması nəticəsində dörd nəfər ağır yaralanıb.

Trend-in Federal Aviasiya Təşkilata istinadən verdiyi məlumata əsasən, pilot təxminən saat 09:15-də "Eurocopter 135" hava təcili yardım xidmətinə radio çağırış edib. Verilən məlumata əsasən helikopter 57 nömrəli ştatlararası avtomobil trasında yolun üzərinə düşüb.

Yerli mətbuatın məlumatına görə, hava təcili yardım helikopterində olan 1 nəfər ağır vəziyyətdə, pilot və digər iki nəfər isə Çikaqo xəstəxanalarının birində sabit vəziyyətdə olaraq yerləşdiriliblər.