Ən ağır güləşçimiz yalnız finalda uduzdu


İdman 08 İyl 2018 10:30:00 220 0

Ən ağır güləşçimiz yalnız finalda uduzdu

Xorvatiyanın Zaqreb şəhərində yeniyetmə güləşçilərin Dünya çempionatı davam edir. Goal.az xəbər verir ki, beşinci yarış günündə 48, 55, 65, 80 və 110 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizəyə qoşulub. Ən ağır çəkidə mübarizə aparan Sərxan Məmmədov (110 kq) ardıcıl olaraq Hindistan, Polşa və Çexiya təmsilçiləri üzərində tam üstünlüklə qələbə qazanıb və finala yüksəlib. Finalda Türkiyə idmançısına uduzan Sərxan çempionatın gümüş medalına yiyələnib.

48 kq

1/8 final - İslam Aliev (RUS) - Nihad Quluzadə 9:4

1/16 final - Nihad Quluzadə - Denis Demirov (BUL) 12:5

55 kq

Təsəlliverici görüş - Murad Abbasov - Niklas Oehlon (SWE) 0:3

Təsəlliverici görüş - Murad Abbasov - Antonios Parotsidis (GRE) 8:1

1/8 final - Giorgi Pertaia (GEO) - Murad Abbasov 7:1

1/16 final - Murad Abbasov - Hunter Levis (USA) 11:9

110 kq

FİNAL - Sərxan Məmmədov - Muhammet Bakir (TUR) 0:8

1/2 final - Sərxan Məmmədov - Marcel Albini (CZE) 12:1

1/4 final - Sərxan Məmmədov - Tomas Jacek (POL) 11:2

1/8 final - Sərxan Məmmədov - Narinder Cheema (İND) 9:1