Premyer Liqa klubları heç-heçəyə razılaşdı


İdman 08 İyl 2018 10:06:00 270 0

Premyer Liqa klubları heç-heçəyə razılaşdı

Topaz Premyer Liqasında növbəti mövsümə hazırlaşan “Sabah”la “Səbail” yoxlama görüşündə üz-üzə gəlib. Goal.az xəbər verir ki, “Bayıl Arena”da baş tutan matç sülhlə yekunlaşıb. Oyunun 13-cü dəqiqəsində “Səbail” hesabı açıb. Komandanın heyətində yeni transfer Ruslan Qurbanov fərqlənib. Lakin Premyer Liqanın debütantı bunu cavabsız qoymayıb. Belə ki, 68-ci dəqiqədə Məqsəd İsayev bərabərlik qolunu vurub. Bununla da qarşılaşma qollu bərabərliklə (1:1)  başa çatıb.