Bakıda mənzildən 54 yaşlı qadının meyiti tapıldı


Digərləri 08 İyl 2018 09:44:00 232 0

Bakıda mənzildən 54 yaşlı qadının meyiti tapıldı

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Son.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1964-cü il təvəllüdlü Mənsurova Elmira Məhər qızının cəsədini aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.