Pxenyan Pompeo ilə danışıqların nəticələrindən narazı qalıb


Dünya 08 İyl 2018 09:19:00 298 0

Pxenyan Pompeo ilə danışıqların nəticələrindən narazı qalıb

Şimali Koreya XİN 6-7 iyul tarixlərində KXDR və ABŞ arasında keçirilmiş yüksək səviyyəli  danışıqların nəticələrindən dərin təəssüf və narazılıq ifadə edib.   

APA-nın Şimali Koreya Mərkəzi Teleqraf Agentliyinə istinadən verdiyi xəbərə görə, KXDR XİN bəyanatında deyilir:

"KXDR və ABŞ arasında 6-7 iyul tarixlərində keçirilən yüksək səviyyəli danışıqlar zamanı ABŞ-ın nümayiş etdirdiyi davranış və mövqe, həqiqətən, hədsiz təəssüf hissi doğurur. ABŞ münasibətlərin yaxşılaşdırılması üçün vacib olan baza məsələləri həll etmək istəmir. Ölkələrimiz arasında etimad nəinki möhkəmlənmədi, bu danışıqlar təhlükəli bir vəziyyət yaradaraq, nüvəsizləşdirməyə yönələn xoş niyyətimizi sarsıda bilər".

Bununla belə, bəyanatın sonunda qeyd olunur ki, KXDR ABŞ prezidenti D.Trampa etimad göstərməkdə davam edir.