“ƏSA” teatrından möhtəşəm premyera – “Paris partladı”


Digərləri 07 İyl 2018 22:59:00 263 0

“ƏSA” teatrından möhtəşəm premyera – “Paris partladı”

Azərbaycanın ilk inklüziv "ƏSA" teatrı iyulun 7-də Akademik Opera və Balet Teatrında mövsümün son premyerasını təqdim edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, dövlət himni səsləndiriləndən sonra səhnəyə çıxan teatrın rəhbəri Nihad Qulamzadə tamaşa haqqında məlumat verib. Bildirib ki, görkəmli mütəfəkkir Mirzə Fətəli Axundzadənin "Hekayəti Müsyö Jordan və Dərviş Məstəli Şah" pyesinin motivləri əsasında quruluş verilən tamaşa Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə hazırlanıb. Nihad Qulamzadə qeyd edib ki, "Paris partladı" tamaşası modern dünya teatrının trendlərini özündə əks etdirir. Tamaşaçılar premyerada dramaturqun ənənəvi yaradıcılığının məhsulunu yox, yeni üslubda quruluş verilən tamaşanı izləyəcəklər.

Sonra tamaşa nümayiş olunub.