Yoğun bağırsağın xərçəng xəstəliyi


Digərləri 07 İyl 2018 21:45:00 364 0

Yoğun bağırsağın xərçəng xəstəliyi

Yoğun bağırsağın şişi yoğun bağırsağın divarından inkişaf edir. Xərçəng xoşxassəli və bədxassəli olur. Xəstəlik bir-neçə etapdan  ibarətdir. Xəstəliyin ilkin etapında qeyri-epitel şiş toxuması simptomsuz inkişaf edir. O 2-5 sm-dən böyük olmağa başladıqda bağırsaq keçməzliyi əlamətləri ilə meydana çıxır. Son.az immunitet.az-a istinadən bildirir ki, xəstəliyin kliniki şəkli bağırsağın tam tutulması ilə aşkara çıxır. Xəstəliyin hansı dərəcədə ağır olması şiş toxumasının ölçüsünün böyüklüyündən və onun klinikasından asılıdır. Xəstəliyin bir-neçə forması var: 1-ci forma Bu zaman şiş toxuması yoğun bağırsağın divarında inkişaf edir, əllədikdə hərəkətli olur. Bu zaman şiş toxuması bağırsaq divarında deformasiyaya səbəb olmur. Mütəxəssislərin çoxu yoğun bağırsağın bu formasının müalicəyə cavab verə biləcəyini söyləyirlər. Lakin bu zaman diaqnoz qoymaq çətin olduğu üçün xəstəliyi müəyyən etmək olmur. Xəstəliyin bu formasını endoskopik ultrasonoqrafiya ilə təyin etmək mümkün olur. 2-ci forma Bu zaman şiş toxuması bağırsağın daxilinə doğru irəliləməyə başlayır. Törəmənin ölçüsü onu təşkil edən qatların sayından asılı olur, şiş toxuması eninə inkişaf edir. 3-cü forma Bu zaman şiş toxuması qarışıq toxumadan ibarət olur. Şişin tərkibi onu təşkil edən hər qatın müxtəlif toxumadan ibarət olmasından əmələ gəlir. Xəstəlik ən çox 40 yaşdan yuxarı insanlarda rast gəlinir. Yoğun bağırsağın şiş xəstəliyinə ən çox ailəsində bu xəstəlik olan adamlar yaxalanır. Xəstəliyin pis xüsusiyyəti onun ilkin mərhələlərdə özünü bəlli etməməsidir. Yoğun bağırsağın xərçəng xəstəliyi aşağıdakı əlamətlərlə özünü biruzə verir: - qəbizlik, ishal - düz bağırsaqdan qan gəlməsi - qarında törəmə - defekasiya zamanı qanaxma - yorğunluq - qanazlığı - ürəkbulanma - qusma - arıqlama. Diaqnozun qoyulmasında kompyuter tomoqrafiyası və kontrast kolonoqrafiyadan istifadə edilir. Müalicə cərrahi yolla aparılır, xəstəyə kimya terapiyası təyin ediir. Son.az