Bakıda özəl qəbiristanlıq yaradılıb


Digərləri 07 İyl 2018 21:02:00 272 0

Bakıda özəl qəbiristanlıq yaradılıb

Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq massivi deyilən ərazidə özəl qəbiristanlıq fəaliyyət göstərir.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, sakinlər iddia edirlər ki, bu qəbiristanlıq sahibkara məxsusdur və burada dəfn xərcləri dövlət və bələdiyyə məzarlıqlarından xeyli bahadır.

Məhəmməd adlı bir şəxs isə iddia edir ki, bu məzarlıqda qəbir yerləri üçün konkret qiymətlər qoyulub.

Qəbiristanlığın sahibi kimi adı hallanan Hacı Balağa adlı şəxs ilə də əlaqə saxladıq. O, qəbiristanlığın ona yox, başqasına məxsus olduğunu bildirsə də, burada məzar yerinin pullu olduğunu təkzib etmədi.


Xəbərə aid video