Binəqədidə çirkab dolu gölməçə sakinləri narahat edir VİDEO


Digərləri 07 İyl 2018 21:03:00 296 0

Binəqədidə çirkab dolu gölməçə sakinləri narahat edir  VİDEO

Binəqədi rayonu, Birinci mədən 15-ci korpus kimi tanınan ərazidə əmələ gələn gölməçənin üfunəti ətrafı bürüyüb. Küçədən keçmək həm piyadalar, həm də sürücülər üçün müşkül məsələyə çevrilib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, sakinlər deyirlər ki, artıq 5 ildən çoxdur yaşadıqları küçə bu vəziyyətdədir.

Ərazidə kanalizasiya sistemi olmadığından sakinlər bir neçə dəfə öz hesablarına problemi həll etməyə çalışıblar. Lakin küçədə suyun səviyyəsi müvəqqəti azalsa da, problem kökündən həll olunmayıb.

Məsələnin təhlükəli tərəfi isə ondan ibarətdir ki, çirkab su ilə dolu gölməçə elektrik transformatorunun yaxınlığındadır. Sakinlər deyirlər ki, suyun səviyyəsi qalxdığına görə transformator bir neçə dəfə partlayıb.


Xəbərə aid video