Yaponiyada leysan yağışları: ölənlərin sayı


Dünya 07 İyl 2018 21:06:00 233 0

Yaponiyada leysan yağışları: ölənlərin sayı

Yaponiyada leysan yağışları nəticəsində ölənlərin sayı 49 nəfərə çatıb.

Son.az "Report"a istinadən bildirir ki, təbii hadisə nəticəsində daha 48 nəfər itkin düşüb. Bununla yanaşı, 5 nəfər huşunu itirib.

Hazırda xilasetmə əməliyyatlarında ölkənin özünümüdafiə qüvvələrinin, polisin və yanğınsöndürmə xidmətinin 48 min əməkdaşı iştirak edir. Ölkənin cənub-qərbində yaranmış vəziyyət olduqca ciddi qiymətləndirilir.