Ağsu, Gədəbəy və Qazaxda qanlı hadisələr:


Digərləri 07 İyl 2018 20:41:00 302 0

Ağsu, Gədəbəy və Qazaxda qanlı hadisələr:

Ağsu rayonunda kişi boşandığı arvadını bıçaqlayıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, hadisə ötən gün axşam saatlarında Ağsuda baş verib. Hacıqədirli kənd sakini Mahir Bəyalıyev Ağsu rayonunda kirayədə yaşadığı evdə keçmiş həyat yoldaşı Samirə Bəyalıyevanı ailə münaqişəsi zamanı bıçaqlayıb. Xəsarət alan qadın köməksiz vəziyyətdə qaldığından çoxlu qan itirib. Onu qonşuları xəstəxanaya çatdırıblar.

Ağsu rayon Mərkəzi Xəstəxanasının həkimlərinin səylərinə baxmayaraq, Samirə Bəyalıyevanın həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törədən şəxs tutularaq istintaqa cəlb edilib.

Gədəbəydə də bir nəfər döyülərək qətlə yetirilib. Rayonun Ərtəpə kəndi ərazisində, "Dəyirman yeri" adlanan ərazidə Cəyir çayından üzərində zorakılıq əlamətləri olan kişi meyiti aşkar edilib. Araşdırmalar zamanı meyiti tapılan şəxsin Ərtəpə kənd sakini 31 yaşlı Emin Bədəlov olduğu müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir. Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Xəbərə aid video