Yayda ağcaqanad dişləməsi


Digərləri 07 İyl 2018 20:40:00 286 0

Yayda ağcaqanad dişləməsi

Ağcaqanadlar insan və heyvan qanı ilə qidalanan həşəratlardır. Yaradan ağcaqanadlara heyvan və insan dərisini deşərək, qanlarını sovurmaq qabiliyyəti verib. Son.az immunitet.az-a istinadən bildirir ki, adətən ağcaqanad sancması insanı ağrıtmir, amma sancmadan sonra baş verənlər sağlıq üçün zərərli ola bilir. Ağcaqanad sancmasının əlamətləri bunlardır: *qaşıntı *şişkinlik *dəri tamlığının pozulması *qızartı *bəzən dəridə infeksiya ocağı Bəzi isti ökələrdə ağcaqanad sancması ağır xəstəliklərə və ölümə səbəb ola bilir. Ağcaqanadlar bəzi xəstəliklərin yoluxmasına səbəb olurlar. Xəstə adamı və ya heyvanı sancan ağcaqanad, xəstəliyi sonradan sağlam adama yoluxdura bilir. Məsələn, malyariya xətəliyinin insanlara yoluxmasına səbəb ağcaqanadlardır. Ağcaqanad sancmasına ən çox uşaqlar məruz qalırlar. Həşəratın verdiyi zərərlərdən uzaq olmaq üçün uşaqlar yatan evin pəncərəsini xüsusi vasitələrlə örtmək və ya zərəsiz spreylərdən istifadə etmək lazımdır. Son.az