Yaponiyada leysan yağışları nəticəsində ölənlərin sayı 49 nəfərə çatıb - YENİLƏNİB


Dünya 07 İyl 2018 20:12:00 276 0

Yaponiyada leysan yağışları nəticəsində ölənlərin sayı 49 nəfərə çatıb - YENİLƏNİB

Daha 48 nəfər itkin düşümş hesab edilir

Yaponiyada leysan yağışları nəticəsində ölənlərin sayı 49 nəfərə çatıb.

Bu barədə "Report" "New Straits Times" qəzetinə istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, təbii hadisə nəticəsində daha 48 nəfər itkin düşüb. Bununla yanaşı, 5 nəfər huşunu itirib.

Hazırda xilasetmə əməliyyatlarında ölkənin özünümüdafiə qüvvələrinin, polisin və yanğınsöndürmə xidmətinin 48 min əməkdaşı iştirak edir. Ölkənin cənub-qərbində yaranmış vəziyyət olduqca ciddi qiymətləndirilir.

***10:21

Yaponiyada leysan yağışı və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Son məlumatlara görə, daha 50 nəfər itkin düşmüş sayılır. Xilasedicilər Yaponiyanın özünümüdafiə qüvvələrinin dəstəyi ilə axtarış əməliyyatlarını davam etdirirlər.

"Kyodo" Agentliyi xəbər verir ki,Yaponiyanın qərbində daha 3 mln. nəfərin təxliyyəsi tövsiyə olunur. Ən ağır vəziyyət Xirosima və Kioto prefekturalarında yaranıb. Burada çaylarda suyun səviyyəsi kritik həddə çatıb. Təbii fəlakət nəticəsində iri müəssisələr, fabriklər fəaliyyətini dayandırır.