Uşaqları günvurmadan belə qoruyun


Digərləri 07 İyl 2018 20:03:00 340 0

Uşaqları günvurmadan belə qoruyun

Havaların kəskin istiləşməsi böyüklərdən çox, uşaqların səhhətinə mənfi təsir göstərir. Uşaqlar küçədə oynamağa həvəsli olduqlarına görə onların günəşin təsirinə daha çox məruz qaldıqlarını deyə bilərik.

Bəs uşaqları belə isti havalarda günvurmadan necə qoruyaq?

Son.az axar.az-a istinadən bildirir ki, günəşli havaları nəzərə alaraq valideynlər uşaqları səhər saat 11-dən 17:00-dək küçəyə buraxmamalıdırlar. Əgər balacaları çölə çıxarmaq məcburiyyətində qalsalar, mütləq uşağın başına papaq qoymalı və ya çətir tutmalıdırlar. Bundan başqa, əyinə yapışmayan, sintetik olmayan geyimlərə üstünlük verilməsi tövsiyə olunur.

Uşaqlara bol maye, ayran, faydalı qidalar verilməlidir. Mütəxəssislərin fikrincə, belə isti günlərdə uşaqlara davamlı olaraq çay və şirin çay verilməsi düzgün deyil. Bunun əvəzinə adi su vermək lazımdır.

Uşaqları istidən qorumağın ən gözəl yollarından biri də onları gün ərzində tez-tez çimizdirməkdir. Gündə 2 dəfə günün isti saatlarında çimizdirmək daha məsləhətdir.