Türkiyə parlamentində andiçmə keçirilib


Dünya 07 İyl 2018 19:36:00 257 0

Türkiyə parlamentində andiçmə keçirilib

İyunun 24-də ümumi seçkilərdə seçilmiş Türkiyə Böyük Millət Məclisinin deputatları ilk iclasda and içdilər.

Son.az Trend-ə istinadən bildirir ki, ənənəyə uyğun olaraq, toplantıya ən yaşlı millət vəkili, "Yaxşı Partiya"nın üzvü Durmuş Yılmaz başçılıq etdi. Parlament sessiyasının açılışına Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da qatıldı. Seçilmiş 600 məclis üzvündən hər biri andın mətnini oxudu.

İqtidar Ədalət və İnkişaf Partiyasından spiker vəzifəsinə baş nazir Binali Yıldırımın namizədliyi irəli sürüldü. Xatırladaq ki, Türkiyənin prezident siyasi sisteminə keçidi ilə əlaqədar olaraq baş nazir vəzifəsi ləğv olunur. Spikerin seçilməsi parlamentin 12 iyul tarixində keçiriləcək növbəti toplantısında gözlənilir.

Xatırladaq ki, Türkiyə Mərkəzi Seçki Komissiyası ölkədə iyunun 24-də keçirilmiş prezident və parlament seçkilərinin yekun nəticələrinə əsasən, Ədalət və İnkişaf Partiyası (AKP) 42,56 faiz, Milliyətçi Hərəkat Partiyası (MHP) 11,1 faiz, Cümhuriyyət Xalq Partiyası (CHP) 22,65 faiz, İYİ partiya 9,96 faiz, Xalq Demokratik Partiyası (HDP) 11,7 faiz, Səadət Partiyası (SP) 1,23 faiz, Vətən Partiyası (VP) 0,23 faiz səs toplayıb.