Balotelli özünə yeni klub tapdı


İdman 07 İyl 2018 19:08:00 291 0

Balotelli özünə yeni klub tapdı

Nice klubunun hücumçusu Mario Balotellinin yeni dayanacağı məlumdur. Goal.az xəbər verir ki, ulduz futbolçu karyerasını Marseille-də davam etdirəcək. "Provanslar"la futbolçu arasında aparılan danışıqlar müsbət nəticələnib. İtaliya millisinin üzvü bu klubun 2 illik müqavilə təklifini müsbət cavablandırıb. Bəzi detallar həllini tapandan sonra sonra 28 yaşlı oyunçunun keçidi rəsmən elan ediləcək. Balotelli Nice-ya 2016-cı ildə Milan-dan keçib.