Siyəzəndə avtomobillər toqquşdu


Digərləri 07 İyl 2018 18:55:00 376 0

Siyəzəndə avtomobillər toqquşdu

Siyəzəndə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

DİN-dən Son.az-a verilən məlumata görə, iyulun 7-də saat 1 radələrində Siyəzən rayonunun Gilgilçay kəndi ərazisində şəhər sakini Rəfayel Məhərrəmov idarə etdiyi "Hyundai" markalı avtomobili qarşıda gedən İsmayıllı rayon sakini Cəmil Cabbarovun idarə etdiyi "Shacman" markalı avtomobilə vurub.

Nəticədə R.Məhərrəmov hadisə yerində ölüb.