Cüneyt Çakıra Çindən təklif


İdman 07 İyl 2018 18:14:00 252 0

Cüneyt Çakıra Çindən təklif

Tanınmış türkiyəli hakim Cüneyt Çakır maraqlı təklif alıb. Goal.az xəbər verir ki, təcrübəli referi karyerasını Çində davam etdirə bilər. Hazırda Rusiyada keçirilən dünya çempionatında iştirak edən Çakır mundialdan sonra Çinə köçə bilər. Bunun müqabilində 42 yaşlı hakimə ilinə 5 milyon dollar təklif edilib. Lakin Çakır hələlik təklifi cavablandırmayıb. 

Dünyanın ən güclü hakimləri arasında göstərilən Cüneyt Çakır mundialın final matçını idarə etməyə namizədlərdən biridir.