Somalidə DİN-in qərargahına hücum edən silahlılar məhv edilib - YENİLƏNİB


Dünya 07 İyl 2018 17:51:00 330 0

Somalidə DİN-in qərargahına hücum edən silahlılar məhv edilib - YENİLƏNİB

Hücum nəticəsində 10 nəfər həlak olub, daha 20 nəfər yaralanıb

Somalinin paytaxtı Moqadişoda DİN-in qərargahının silahlılar tərəfindən blokadası aradan qaldırılıb, hücum edənlər məhv edilib.

"Report" "Garowe Online" nəşrinə istinadən xəbər verir ki, hücum nəticəsində ən azı 10 nəfər həlak olub, daha 20 nəfər yaralanıb.

Həlak olanlar arasında idarənin əməkdaşları və hərbçilər də var.

Polis bildirib ki, hücum edən silahlıdan 3-üöldürülüb. Hücuma görə məsuliyyəti öz üzərinə radikal "Əş-Şəbab" qruplaşması götürüb.

*** 13:19

Bakı. 7 iyul.