Serbiyalı futbolçu Real-ın maraq dairəsində


İdman 07 İyl 2018 16:53:00 271 0

Serbiyalı futbolçu Real-ın maraq dairəsində

Lazio-nun yarımmüdafiəçisi Sergey Milinkoviç-Saviç karyerasını İspaniyada davam etdirə bilər. Goal.az xəbər verir ki, serb futbolçu Real-ın maraq dairəsindədir.

“Kral klubu” bu keçid müqabilində qarşı tərəfə 155 milyon avro ödəməyə hazırdı. Hücumçusu Kriştianu Ronaldonu Juventus-a satmağı planlaşdıran madridlilər əldə ediləcək gəliri Serbiya millisinin üzvü üçün ayıracaq. 23 yaşlı oyunçu ilə həmçinin Manchester United, Barcelona və PSG də maraqlanır.