ABŞ dövlət katibi Pxenyana səfər zamanı KXDR-in lideri ilə görüşməyib


Dünya 07 İyl 2018 15:47:02 259 0

ABŞ dövlət katibi Pxenyana səfər zamanı KXDR-in lideri ilə görüşməyib

Maykl Pompeo KXDR-də ikigünlük səfərini başa vurub

© NPR

Bakı. 7 iyul. REPORT.AZ / ABŞ dövlət katibi Mayk Pompeo Pxenyana səfər zamanı KXDR-in lideri ilə görüşməyib.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Mayk Pompeo KXDR-də ikigünlük səfərini başa vurub. O, səfər zamanı Koreya Əmək Partiyasının şöbə müdiri Kim Yon Çhol ilə danışıqların iki raundunu aparıb.

"Düşünürəm ki, müzakirə edilən hər bir məsələ üzrə irəliləyişə nail olmuşuq", - "Yonhap" Agentliyi dövlət katibinin sözlərindən sitat gətirib.

Rəsmi Pxenyan danışıqlarında tərəflər üç məqsədlərin həyata keçirilməsinin vacibliyini vurğulayiblar: tam denuklearizasiya, Şimali Koreya rejiminin saxlanılmasına zəmanət, 1950-1953-cü illərdə Koreya müharibəsi zamanı həlak olmuş amerikalı hərbçilərin qalıqlarının repatriasiyası.

M.Pompeo Pxenyandan sonra Tokioya yola düşəcək və orada Yaponiya və Cənubi Koreya Xarici İşlər nazirləri ilə üçtərəfli danışıqlar aparacaq.