FIFA-dan İsveçə cəza


İdman 07 İyl 2018 15:40:00 332 0

FIFA-dan İsveçə cəza

FİFA Rusiyada təşkil olunmuş futbol üzrə dünya çempionatının daha bir iştirakçısını cəzalandırıb. Goal.az xəbər verir ki, ali futbol qurumu bu dəfə İsveç yığmasına qarşı cərimə tətbiq edib. Buna skandinaviyalıların İsveçrə ilə 1/8 final oyununda (1:0) FİFA-nın marketinq qaydalarını kobud şəkildə pozması səbəb olub.

Baş verənlərlə əlaqədar İsveç Futbol Federasiyası 70 min İsveçrə frankı (təxminən 60 min avro) cərimə olunub. FİFA oxşar qayda pozuntusuna görə bir gün öncə Xorvatiya Futbol Federasiyasını da cəzalandırmışdı.