Qarabağ-ın rəqibi heyəti açıqladı


İdman 07 İyl 2018 14:15:00 258 0

Qarabağ-ın rəqibi heyəti açıqladı

Sloveniyanın Olimpija klubunun Çempionlar Liqasının I təsnifat mərhələsində Qarabağ-la keçirəcəyi oyunlar üçün sifariş ərizəsi açıqlanıb. Goal.az xəbər verir ki, serbiyalı baş məşqçi İliya Stolitsa qarşıdakı görüşlərə 23 futbolçu dəvət edib.

Onlardan 2-si qapıçı, 9-u müdafiəçi, hərəyə 6-sı yarımmüdafiəçi və hücumçudur. Oyunçuların 11-i yerli, 12-si əcnəbidir. Legionerlərdən hərəyə 3-ü Serbiya və Xorvatiyanı, qalanları Kamerun, Macarıstan, Qana, İtaliya, Avstriya və Makedoniyanı təmsil edirlər.

Qapıçılar: 31. Alyaj İvaçiç, 41. Neyts Vidmar

Müdafiəçilər: 3. Mekki Baqnak (Kamerun), 4. Leo Eyup, 5. Marko Qayiç (Serbiya), 14. Mario Yurçeviç, 18.Adam Yakupoviç, 27. Aris Zarifoviç, 30.Branko İliç, 44. Dino Ştiqlets (Xorvatiya), 70. Marko Putinçanin (Serbiya)

Yarımmüdafiəçilər: 7. Rok Kronaveter, 8. Daniyel Mişkiç (Xorvatiya), 10. Qoran Brkiç (Serbiya), 23. Nik Kapun, 45. Matevj Turkuş, 90. Tomislav Tomiç (Xorvatiya)

Hücumçular: 15. Asmir Sulyiç (Macarıstan), 17. Abas İssa (Qana), 21. Kinqsli Boatenq (İtaliya), 22. Haris Kadriç, 77. Ştefan Saviç (Avstriya), 95. Daniel Avramovski (Makedoniya)

Baş məşqçi: İliya Stolitsa (Serbiya)

Qeyd edək ki, "Qarabağ" və "Olimpiya" komandaları arasındakı ilk oyun iyulun 11-də Lyublyanada, cavab görüşü isə iyulun 18-də Bakıda keçiriləcək.