Zərif: "İran nüvə sazişindən çıxmamaq qərarına gəlib"


Dünya 07 İyl 2018 13:53:27 276 0

Zərif: "İran nüvə sazişindən çıxmamaq qərarına gəlib"

İranın və Çinin Xarici İşlər Nazirləri nüvə sazişinə sadiq qaldıqlarını təsdiqləyiblər

İranın xarici işlər naziriMəhəmməd Cavad Zərif Çinin XİN başçısıVan İ ilə Vyanada keçirilən görüşdəbəyan edib ki, ABŞ nüvə sazişini tərk etdikdən sonra rəsmi Tehran məsuliyyət göstərməyə və nüvə sazişindən çıxmamaqqərarına gəlib.

"Report"un RİA "Novosti"yə istinadən verdiyi xəbərəgörə, bu barədə Çinin xarici siyasət idarəsinin saytında dərc edilmiş bəyanatda deyilir.

Xatırladaq ki, ötən gün Vyanada İranın nüvə sazişinin iştirakçısı olan ölkələrin xarici işlərnazirlərinin iclası keçirilib.