Sumqayıtda evdə 2 qumbara və 15 dini məzmunlu broşura aşkar edilib


Digərləri 07 İyl 2018 13:55:00 252 0

Sumqayıtda evdə 2 qumbara və 15 dini məzmunlu broşura aşkar edilib

Yevlax rayon sakini Mahir Əzizovun Sumqayıt şəhəri ərazisində kirayədə yaşadığı mənzildən 2 ədəd “F-1” qumbarası, 15 ədəd dini məzmunlu broşura və 10 ədəd CD disk aşkar edilərək götürülüb

Bakı. Sumqayıtda evdə 2 qumbara və 15 dini məzmunlu broşura aşkar edilib. DİN-dən Trend-ə verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax rayon sakini Mahir Əzizovun Sumqayıt şəhəri ərazisində kirayədə yaşadığı mənzildən 2 ədəd “F-1” qumbarası, 15 ədəd dini məzmunlu broşura və 10 ədəd CD disk aşkar edilərək götürülüb.