Poçtla göndərilən bağlamalardan narkotik tapıldı


Digərləri 07 İyl 2018 13:41:00 303 0

Poçtla göndərilən bağlamalardan narkotik tapıldı

Bakı Baş Gömrük İdarəsinin Poçt göndərişlərinə nəzarət bölməsində Rusiya Federasiyasından beynəlxalq poçt göndərişləri ilə Bakı şəhərində yaşayan Azərbaycan vətəndaşının ünvanına göndərilən, ümumi çəkisi 0.051 kq olan bağlama rentgen aparatı vasitəsilə gömrük nəzarətindən keçirilərkən şübhə doğurduğundan gömrük baxışından keçirilib.

Dövlət Gömrük Komitəsindən Son.az-a verilən məlumata görə, yoxlama zamanı bağlamadan xiyar toxumları əvəzinə 53 ədəd narkotik xassəli çətənə bitkisi toxumları aşkar edilib.

Həmin şəxsin ünvanına yenə də Rusiya Federasiyasından beynəlxalq poçt göndərişləri vasitəsilə daxil olan və ümumi çəkisi 0.073 kq təşkil edən digər bağlamadan isə 20 ədəd narkotik xassəli çətənə bitkisinin toxumları aşkar edilib. Rusiyadan Bakı şəhərində yaşayan Azərbaycan Respublikası vətəndaşının ünvanına beynəlxalq poçt göndərişləri vasitəsilə göndərilən digər bağlamaya da eyni üsullarla gömrük baxışı keçirilib və gömrükçülərin şübhələri təsdiqini tapıb. Ümumi çəkisi 0.800 kq olan bağlamadan 45 ədəd narkotik xassəli çətənə bitkisinin toxumları aşkar edilib.