Ermənistan XİN başçısı: "Azərbaycan XİN rəhbəri ilə tezliklə görüş planlaşdırılır"


Siyasət 07 İyl 2018 13:28:50 292 0

Ermənistan XİN başçısı: "Azərbaycan XİN rəhbəri ilə tezliklə görüş planlaşdırılır"

Zoqrab Mnatsakanyan: "Ermənistan üçün Dağlıq Qarabağa dair danışıqlar prosesinin dinamikasını saxlamaq vacibdir"

"Ermənistan üçün Dağlıq Qarabağa dair danışıqlar prosesinin dinamikasını saxlamaq vacibdir".

"Report"un Ermənistan mətbuatına istinadən verdiyi xəbər görə, bu barədə Ermənistanın xarici işlər naziriZoqrab Mnatsakanyan "Şant" yerli telekanalına müsahibəsində bildirib.

O həmçinin deyib ki, azərbaycanlı həmkarı ilə tezliklə görüş planlaşdırılır.

"Sülhə səbəb olan atmosferdən danışarkən deyə bilərik ki, bu, geniş konseptə malik prinsipdir və buna atəşkəs rejiminin gücləndirilməsinə aid olan funksiyalar daxildir.Bizim tərəfimizdən heç nə dəyişməyib", - Z.Mnatsakanyan ATƏT sədrinin şəxsi nümayəndəsiAnjey Kasprşikinmonitorinq qrupunun genişləndirilməsi haqqında razılaşmaların yerinə yetirilməsi və atəşkəs rejiminə riayət olunmasına nəzarətin vacibliyi ilə bağlı söylədiyi fikrişərh edərək deyib.