Millimizin üzvünün Avstriya klubuna transferi baş tutmadı


İdman 07 İyl 2018 13:13:00 297 0

Millimizin üzvünün Avstriya klubuna transferi baş tutmadı

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevlə Avstriyanın Mattersburg klubu arasındakı danışıqlar nəticəsiz başa çatıb. Goal.az xəbər verir ki, 22 yaşlı hücumçu ilə Budesliqa klubu arasındakı danışıqlardan müsbət nəticə əldə olunmayıb. Bu səbəbdən, Şeydayev müqavilə üzrə məxsus olduğu Trabzonspor-un düşərgəsinə qayıdacaq. R.Şeydayev ötən mövsümü icarə əsasında Qarabağ-da keçirmişdi.