Ağsuda keçmiş arvadını öldürən kişi tutuldu


Digərləri 07 İyl 2018 12:42:00 201 0

Ağsuda keçmiş arvadını öldürən kişi tutuldu

Ağsuda keçmiş arvadını öldürən ər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, iyulun 6-da Ağsu şəhərində kirayədə yaşayan Samirə Bəyalıyevanın evinə gəlmiş keçmiş əri, Hacıqədirli kənd sakini Mahir Bəyalıyev münaqişə zəminində ona bıçaqla xəsarət yetirib. Nəticədə xəstəxanaya yerləşdirilən S.Bəyalıyeva orada ölüb.