Dövlət Gömrük Komitəsi bəzi KİV-lərdə yayılan məlumatlara münasibət bildirib


Digərləri 07 İyl 2018 12:45:00 247 0

Dövlət Gömrük Komitəsi bəzi KİV-lərdə yayılan məlumatlara münasibət bildirib

Dövlət Gömrük Komitəsi bəzi KİV-lərdə yayılan məlumatlara münasibət bildirib

Bakı. Dövlət Gömrük Komitəsi (DGK) bəzi KİV-lərdə yayılan məlumatlara münasibət bildirib. DGK-dan Trend-ə verilən məlumata görə, bir sıra kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə ölkəmizin gömrük orqanları və onun ayrı-ayrı əməkdaşlarına qarşı, onlayn ticarət portalları vasitəsilə xaricdən sifariş edilən və poçt göndərişləri vasitəsilə ölkəyə gətirilən mallarla bağlı əsassız ittihamlar irəli sürülür. Belə ki, gömrük orqanlarının həmin mallara görə guya hansısa əlavə ödəmələr tələb etdiyi, sifariş edilən bağlamaların sahiblərinə gec təhvil verildiyi və ya təhvil verilmədiyi iddia olunur. Dövlət Gömrük Komitəsi dəfələrlə rəsmi açıqlamalar verərək xaricdən sifariş edilən malların tərkibinin, gömrük dəyərinin düzgün göstərilməməsinin, asan yolla qazanc əldə etmək istəyən şəxslərin dövlət büdcəsinə çatacaq vergi və rüsumlardan yayınmasının qarşısının alınması məqsədilə aparılan araşdırmaların poçt göndərişləri ilə gətirilən malların vaxtında ünvanına çatdırılmasında problemlər yaratdığını bildirib.