Tite dönəmində Braziliya millisi bunu da gördü


İdman 07 İyl 2018 11:50:00 269 0

Tite dönəmində Braziliya millisi bunu da gördü

Braziliya millisi iddialı gəldiyi Rusiya mundialını əliboş tərk edir. "Pentakampeonlar"ın qarşısını 1/4 finalda Belçika kəsib - 1:2. Goal.az xəbər verir ki, matçın ilk hissəsində 0:2 hesabıyla geriyə düşən "sambaçılar" baş məşqçi Titenin dönəmində ilk belə halla üzləşib. Bununla da 57 yaşlı mütəxəssisin 25 oyunluq uğurlu seriyasına son qoyulub. Tite 2016-cı ildən Braziliya yığmasını çalışdırır. Onun rəhbərliyi altında komanda çətinlik çəkmədən Cənubi Amerika zonasında seçmə mərhələni ilk sırada başa vuraraq dünya çempionatına vəsiqə qazanmışdı.