Minik avtomobili yük maşını ilə toqquşdu:


Digərləri 07 İyl 2018 11:25:00 261 0

Minik avtomobili yük maşını ilə toqquşdu:

Siyəzəndə ölümlə nəticələnən yol qəzası olub.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Quba-Dağıstan sərhəd yolunun Siyəzən rayonundan keçən hissəsində qeydə alınıb. 1977-ci il təvəllüdlü Rəfael Məhərrəmovun idarə etdiyi "Hyundai Santafe" markalı, 90 XZ 951 dövlət nömrə nişanlı avtomobil yolun əks istiqaməti ilə hərəkətdə olan, 1991-ci il təvəllüdlü Cəmil Cabbarovun idarə etdiyi "Shacman" markalı, 99 LM 632 dövlət nömrə nişanlı yük maşını ilə toqquşub.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü R. Məhərrəmov aldığı xəsarətdən hadisə yerindəcə keçinib.