Keşlə Türkiyədən məğlubiyyətlə ayrıldı


İdman 07 İyl 2018 11:30:00 247 0

Keşlə Türkiyədən məğlubiyyətlə ayrıldı

Türkiyədə təlim-məşq toplanışında olan “Keşlə” ötən gün hazırlıq çərçivəsində sonuncu yoxlama oyununu keçirib.

Goal.az xəbər verir ki, Yuri Maksimovun çalışdırdığı paytaxt təmsilçisi Cənubi Azərbaycanın “Traktorsazi” komandası ilə üz-üzə gəlib. Qarşılaşma bakılıların 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Təbriz klubunu vaxtilə “Xəzər Lənkəran”ın baş məşqçisi olmuş məşhur uelsli mütəxəssis Con Toşak çalışdırır.  “Keşlə” Türkiyədə keçirdiyi ilk iki yoxlama oyununda da uduzmuşdu. Paytaxt klubu öncə Bosniya və Herseqovina təmsilçisi “Çelik”ə 0:2, Estoniyanın “Levadiya” komandasına isə 2:3 hesabıyla məğlub olmuşdu.