Dünya çempionatı Avropa çempionatına çevrildi


İdman 07 İyl 2018 11:08:00 277 0

Dünya çempionatı Avropa çempionatına çevrildi

Rusiyada keçirilən futbol üzrə dünya çempionatı -2018-də 1/4 final mərhələsinin ilk oyunları keçirilib. Goal.az xəbər verir ki, Fransa Uruqvaya, Belçika isə Braziliyaya qalib gəlib. Belə olan halda, turnirdə Avropadan başqa qitəni təmsil edən komanda qalmayıb. Bu o deməkdir ki, DÇ-2018-in qalibi məhz Avropa komandası olacaq.

Çempionluğa namizədlər Fransa, Belçika, Xorvatiya, Rusiya, İngiltərə və İsveçdir. Yalnız İngiltərə və Fransa bundan əvvəl dünya çempionu olub.