Yaponiyada leysan yağışı nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb


Dünya 07 İyl 2018 10:21:18 397 0

Yaponiyada leysan yağışı nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb

Daha 50 nəfər itkin düşmüş hesab edilir

Bakı. 7 iyul. REPORT.AZ / Yaponiyada leysan yağışı və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Son məlumatlara görə, daha 50 nəfər itkin düşmüş sayılır. Xilasedicilər Yaponiyanın özünümüdafiə qüvvələrinin dəstəyi ilə axtarış əməliyyatlarını davam etdirirlər.

"Kyodo" Agentliyi xəbər verir ki,Yaponiyanın qərbində daha 3 mln. nəfərin təxliyyəsi tövsiyə olunur. Ən ağır vəziyyət Xirosima və Kioto prefekturalarında yaranıb. Burada çaylarda suyun səviyyəsi kritik həddə çatıb. Təbii fəlakət nəticəsində iri müəssisələr, fabriklər fəaliyyətini dayandırır.