Braziliyalı futbolçu Barcelona-nın düşərgəsinə gəlir


İdman 07 İyl 2018 10:30:00 320 0

Braziliyalı futbolçu Barcelona-nın düşərgəsinə gəlir

Gremi klubunun yarımmüdafiəçisi Artur karyerasını Barcelona-da davam etdirəcək. Goal.az xəbər verir ki, 22 yaşlı havbek klubu ilə xudahafizləşib.

“Arzularım gerçəkləşdi, hər kəsə təşəkkür edirəm. Sağollaşıram, amma vidalaşmıram. Ümid edirəm ki, nə vaxtsa bura qayıdacam. 14 yaşımdan Gremio-dayam, ön qapıdan çıxdığım üçün qürur duyuram. Barcelona komandaya bu yay qoşulmağımı istədi. Danışıqlarda iştirak etmədim və transferə heç bir təsirim olmadı. Sevinirəm ki, gedişim Gremio-ya qazanc gətirdi”.

Tam adı Artur Enrike Ramos de Oliveyra Melo olan futbolçu Braziliyanın aşağı yaş qrupu üzrə yığmalarında çıxış edib