Uşağın özündən olduğunu zənn edib sevgilisini öldürdü:


Dünya 07 İyl 2018 10:13:00 311 0

Uşağın özündən olduğunu zənn edib sevgilisini öldürdü:

Kayseridə 24 yaşlı gənc özündən olduğunu zənn etdiyi uşağı abort etdirməsi üçün mübahisə etdiyi 17 yaşlı sevgilisini başından vuraraq öldürüb. 

Son.az Haberler-ə istinadən xəbər verir ki, gənc həbs edilib, amma uşağın atasının başqası olduğu ortaya çıxıb. 

Qeyd edək ki, hadisə 2014-cü ilin 14 may tarixində baş verib. 

Mərhumun ailəsinin şübhəlinin cəzasının artırılması üçün şikayətindən sonra yenidən məhkəmə prosesi işinə başlayıb.

İddiaya görə, 17 yaşlı T.G. adlı qız şübhəli M.G.(24) ilə 4-5 ay dostluq edib. Cinayət tarixində M.G.-ya zəng edən T.G. hamilə olduğunu söyləyib, şəhər mərkəzindəki parkda görüşdülər. T.G. hamilə olduğunu söyləyəndə M.G. uşağı abort etdirməsini istəyib. Aralarında mübahisə düşəndə M.G. üzərindəki silahdan iki dəfə atəş açıb. Xəstəxanaya çatdırılan T.G. dünyasını dəyişib. 


Xəbərə aid fotolar