Dolğun rəngləri Samsung Galaxy J6 smartfonunun parlaq displeyində yenidən kəşf edin


Digərləri 07 İyl 2018 10:00:00 407 0

Dolğun rəngləri Samsung Galaxy J6 smartfonunun parlaq displeyində yenidən kəşf edin

Müasir smartfon nəinki, qol saatı, hətta fənərə kimi bir çox cihazı əvəz edir. Bu səbəbdən qəflətən işıq keçdiyi anda biz birinci növbədə telefonu axtarırıq, belə ki, qaranlıqda yolumuzu smartfon ekranı ilə işıqlandırmağa artıq adət etmişik.

Parlaq və geniş ekran smartfon seçimində üstünlük verdiyimiz məqamlardan biridir. Telefon istifadəsi, film seyri və ya xəbərlər ilə tanış olmaq kimi bir çox əməliyyatı biz displey vasitəsi ilə yerinə yetiririk. Yeni Galaxy J6 smartfon bazarında mövcud ən yaxşı ekran olan Super AMOLED displeylə təchiz olunmuş, gözoxşayan dizayna malik və yüksək işləmə gücü olan smartfondur. Smartfon müasir görünüşə sahibdir, onun keyfiyyətli plastikdən hazırlanan monoblok korpusu incə metal çərçivə ilə haşiyələnmişdir. Ön korpusun geniş sahəsini əhatə edən ekran gücləndirilmiş şüşə ilə qorunaraq, oleofob qat ilə örtülmüşdür. Bu qoruyucu qat çirklənmənin və barmaq izləri ləkələrinin yaranmasının qarşısını alır. Cihazın erqonomikası xırda detallara qədər düşünülmüşdür, belə ki, geniş displeyin kompakt korpusa yerləşdirilməsi sayəsində smartfonun hətta bir əl ilə istifadəsi rahat və komfortludur. Həmçinin, korpusun ön hissəsində fiziki istifadə elementlərinin  və loqotipin ləğv edilməsi cihaza daha aktual və müasir görkəm bəxş edir.

Cəlbedici "Sərhədsiz" 5,6" və 1480×720 icazəli displey geniş baxış bucağına və parlaqlığın daha yüksək tənzimləmə diapazonuna malikdir. Həmçinin, Galaxy J6-nın ekranı oxuma və kontentdən istifadə zamanı rahatlıq təmin edən optimal təzadlığı ilə seçilir. Super AMOLED matrisası sayəsində smartfon istifadəçilərinə daha dolğun rənglər və daha dərin qara rəng bəxş edir. Yeni Galaxy J6 istifadəçilərə dolğun rənglərlə və parlaq təsvirlərlə dolu təəssüratlar yaşadaraq müasirlik və komfort hissi bəxş edir.