Kanadada avtobusla toqquşan yük maşınının sürücüsü saxlanıldı


Dünya 07 İyl 2018 09:02:00 323 0

Kanadada avtobusla toqquşan yük maşınının sürücüsü saxlanıldı

Kanadada aprel ayında "Humbold Bronkos" hokkey komandasının avtobusu ilə toqquşan yük maşınının sürücüsu saxlanılıb.

Son.az Trend-ə istinadən bildirir ki, 29 yaşlı hindistanlı Caskirat Sidxu təhlükəli idarəetmə nəticəsində 16 nəfərin ölümündə və 13 nəfərin yaralanmasında ittiham olunur.

Polis nümayəndəsi Derek Uilyams bildirib ki, toqquşmanın bir sıra aspektinə, həmçinin nəqliyyat vasitələrinin sürətinə baxılıb... Təhlükəli idarəetmədə ittiham etmək üçün əsas verən bir sıra elementlər var".