Çində avtonom avtobusların kütləvi istehsalına başlanılır


Digərləri 07 İyl 2018 08:01:00 286 0

Çində avtonom avtobusların kütləvi istehsalına başlanılır

"Baidu" şirkəti süni intellekt sahəsi üzrə həllərin tərtibatçıları üçün keçirilən konfransda sürücüsüz avtobusların kütləvi istehsalına başlamasını rəsmən bəyan edib.

Son.az ICTnews-a istinadən bildirir ki, L4 kateqoriyalı "Apollon" avtobusu Çinin "Baidu" və "King Long" şirkətlərinin birgə əməkdaşlığı çərçivəsində hazırlanıb. Model sükan, sürücü yeri, qaz və tormoz pedalları ilə təchiz edilməyib.

Nəqliyyat vasitələrinin ölkənin Pekin, Syunan, Şençjen, Pintan, Uxan şəhərlərində, eləcə də Futsyan, Xubey və s. əyalətlərində kommersiya istifadəsinə verilməsi planlaşdırılır.