Twitter bir aya 70 milyondan artıq hesabı blok edib


Dünya 07 İyl 2018 08:08:00 308 0

Twitter bir aya 70 milyondan artıq hesabı blok edib

"Twitter" sosial şəbəkəsi may ayından 70 milyondan artıq saxta və şübhəli hesabı blok edib.

Son.az Trend-ə istinadən bildirir ki, sosial şəbəkə hər gün ərzində təqribən bir milyon hesab blok edib.

2017-ci ilin oktyabr ayından sosial şəbəkə saxta hesablarla mübarizədə fəallığı iki dəfə artırıb. "Twitter" qəzetin təqdim etdiyi hesabatdakı rəqəmləri təsdiq edib.