Google Chromedakı səhv bərpa olundu


Digərləri 07 İyl 2018 07:51:00 242 0

Google Chromedakı səhv bərpa olundu

Kibertəhlükəsizlik sahəsi üzrə ekspertlər "Google Chrome" brauzerinin yeniləməsində hakerlərə istifadəçini "download bomb" metodu vasitəsilə qorxutmağa imkan verən texniki səhvin bərpa olunmasını aşkarlayıblar.

Son.az ICTnews-a istinadən bildirir ki, "download bomb" hücum metodu internet səhifəsində brauzeri bloklayan yüzlərlə və ya minlərlə proqram yükləməsini işə salmağa imkan verir. Bir neçə saniyə ərzində həddən artıq yüklənilən prosessor sonda tam çökür.

Bildirilir ki, fırıldaqçılar tərəfindən bu tryuk tez-tez fişinq saytlarında istifadə olunmaqla əsas səhifəyə saxta texniki dəstək nömrəsi və ya blokdan çıxarılma üçün xidmətlərə görə ödənişlərin ödənilməsi təklifi yerləşdirilir.