Bakıda usta 3cü mərtəbədən yıxılıb


Digərləri 07 İyl 2018 07:46:00 238 0

Bakıda usta 3cü mərtəbədən yıxılıb

O, ağır kəllə-beyin travması və sınıq xəsarətləri alıb

Bakının Nəsimi rayonunda tikinti zamanı bədbəxt hadisə baş verib.

Son.az "Report"a istinadən bildirir ki, Bəşir Səfəroğlu küçəsi, 144 ünvanında inşa edilməkdə olan binanın üçüncü mərtəbəsində usta kimi işləyən 1989-cu il təvəllüdlü Allahverdiyev Alik Sabir oğlu ehtiyatsızlıqdan yerə yıxılıb.

O, ağır kəllə-beyin travması və sınıq xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Yaralının vəziyyəti sabit-ağır kimi qiymətləndirilir.

Fakt hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.