Yol qəzasında Azərbaycan Ordusunun 3 hərbçisi ölüb


Digərləri 07 İyl 2018 07:30:00 268 0

Yol qəzasında Azərbaycan Ordusunun 3 hərbçisi ölüb

Azərbaycan Ordusunun 3 hərbi qulluqçusu Naxçıvanda yol qəzasında ölüb, 11-i yaralanıb.

Son.az bildirir ki, bu barədə Əlahiddə Ümumqoşun Ordunun Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə,  Günnüt kəndi istiqamətində döyüş növbətçiliyi aparan hərbi qulluqçuları daşıyan BMC markalı avtomobil iyulun 5-i saat 18:30 radələrində qəzaya düşüb. Nəticədə 3 hərbçi həlak olub, 11 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə hərbi hospitala yerləşdirilib. Döyüş tapşırığını yerinə yetirib qayıdarkən yol-nəqliyyat hadisəsi nəticəsində həlak olan hərbi qulluqçular iyulun 6-da yüzlərlə gəncin "Şəhidlər ölməz, Vətən bölünməz" şüarları altında doğulduqları kəndlərində son mənzilə yola salınıblar.