Bakıda orta yaşlı kişi günvurma nəticəsində dünyasını dəyişib


Sosial 07 İyl 2018 07:36:20 305 0

Bakıda orta yaşlı kişi günvurma nəticəsində dünyasını dəyişib

Yerə yıxılan kişi polislər tərəfindən xəstəxanaya çatdırılsa da, orada ölüb

Bakıda günvurmadan ölüm hadisəsi qeydə alınıb.

"Report" xəbər verir ki, 1971-ci il təvəllüdlü Rövşən Dadaşov Yasamal rayonunda gün vurması nəticəsində özünü pis hiss edərək halsız vəziyyətdə yerə yıxılıb.

Zərərçəkmiş ərazidə xidmət çəkən Yol Patrul Xidmətinin əməkdaşlarının köməkliyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Həkimlər onun günvurmadan əziyyət çəkdiyini müəyyən edib. Tibbi müdaxiləyə baxmayaraq, o, dünyasını dəyişib.

Fakt araşdırılır.