Bakıda "Jeep Wrangler" gözlənilmədən əsas yola çıxaraq qəza törədib - FOTO


Sosial 07 İyl 2018 05:36:15 510 0

Bakıda "Jeep Wrangler" gözlənilmədən əsas yola çıxaraq qəza törədib - FOTO

Qəza zamanı 1 nəfər xəsarət alıb

Paytaxtın Nərimanov rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un xəbərinə görə, "Jeep Wrangler" markalı avtomobilin sürücüsü Atatürk prospektində nişanın tələbinə məhəl qoymayaraq köməkçi yoldan əsas yola çıxıb.

Nəticədə o, əsas yol ilə hərəkətdə olan "Mercedes" markalı avtomobilə çırpılıb.

"Mercedes"in sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Qəza nəticəsində hər iki avtomobil deformasiyaya uğrayıb. Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.